“Huawei” ilk “ağıllı” eynəyini təqdim edib
28 Mart 2019 16:00 DünyaÇinin Huawei şirkətinin qulaqcıq əvəzi kimi qələmə verdiyi "ağıllı" eynəyin çərçivəsinə dinamik, mikrofon, antena və akkumulyator quraşdırılıb.
Olaylar.az bildirir ki, bu barədə "DailyComm" resursunda məlumat yer alıb.
Beləki, eynək simsiz enerjidoldurma dəstəyinə malik 2200 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. "Huawei" nümayəndələrinin sözlərinə görə, bu, dünyada "NFC" texnologiyası əsasında simsiz enerjidoldurmaya malik ilk qurğudur.
Qeyd edək ki, "ağıllı" "Huawei" eynəyi İyulda satışa çıxarılacaq. Eynəyin dəyəri açıqlanmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31