“YouTube” digər servislər arasında liderdir
28 Mart 2019 15:58 DünyaKanadanın "Sandvine" şirkətinin apardığı tədqiqata əsasən dünyada mobil trafikin əksər hissəsinin "YouTube" tərəfindən istifadə olunduğu məlum olub.
Olaylar.az bildirir ki, tədqiqatın nəticələri şirkətin saytında dərc olunub.
Beləki, "YouTube" digər servislər arasında liderdir. Bu platforma dünya mobil trafikinin 37 faizini generasiya edir. Bununla yanaşı, "Facebook" və "Snapchap" əlavələrində bu göstərici müvafiq olaraq 8,4 və 8,3 faiz təşkil edir. İnternet trafikində ən böyük paya malik "Netflix" isə ümumilikdə mobil trafikin 2,4 faizini generasiya edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31