Əsədə yardım böhranı: Paşinyan nala-mıxa vurdu...
28 Mart 2019 15:43 DünyaErmənistanın Suriyaya humanitar missiya göndərməsi qərarı dövlətin maraqları və Ermənistanın tarixi missiyasından irəli gələrək qəbul edilib.
Bunu Ermənistan parlamentində çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, erməni humanitar missiyasının Suriyada insanları xilas etməklə guya bir zamanlar erməniləri "soyqırım"dan xilas etmiş Suriya xalqına borcunu qaytardığını bildirib. Paşinyan həmçinin bu humanitar missiyanın ciddi risklərlə toqquşduğunu, amma bununla bərabər dünyada Ermənistanın müstəqil dövlət kimi qəbulu səviyyəsini artırdığını vurğulayıb.
Qeyd edək ki, Ermənistan bundan öncə Suriyaya Rusiyanın istəyi ilə 83 nəfərlik humanitar missiya göndərib. İrəvanın bu addımı ABŞ-ın etirazına səbəb olub. ABŞ Dövlət Departamenti İrəvanın addımını heç bir halda dəstəkləmədiyini qeyd edib.