Vaşinqton Qarabağa getməyimizə mane olur - Pallone

ABŞ Dövlət Departamenti Qarabağla əlaqələrə maneə yaradır.

Bunu ABŞ konqresmeni Frank Pallone Amerika Erməniləri Milli Konqresinin nümayəndəsi Raffi Qaraqaşyana müsahibəsində deyib.

"İlk növbədə biz ABŞ-ın nəqliyyat vasitələrindən Qarabağa səfərlər üçün istifadə edə bilmirik. Bundan başqa Dövlət Departamenti bizə daim deyir ki, bu, təhülkəsiz olmaya bilər. Qarabağa səfərin bizim üçün ciddi nəticələrə səbəb olacağına, bizim Azərbaycanın qara siyahısına düşəcəyimizə əmin edirlər. Onlar çalışırlar ki, insanları qorxutsunlar və aydındır ki, əgər onlar məni və digər Konqres üzvlərini qorxutmağa cəhd edirlərsə, sözsüz, bu, özəl şəxslər və biznesə də maneə yaradacaq", - deyə o bildirib.

Qeyd edək ki, Frank Pallone 2017-ci ilin sentyabrında Qarabağa səfər edib. Bu tarixdən etibarən o, Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına düşüb.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31