Türkiyədə 1300 il yaşı olan Tövrat nüsxəsi müsadirə olundu

Kitabın dəyərinin milyonlarla dollar olduğu bildirilir.

Türkiyənin təhlükəsizlik xidmətinin əməkdaşları Afyonkarahisar vilayətində 1300 il yaşı olan Tövrat nüsxəsini müsadirə ediblər.

Anadolu agentliyi xəbər verir ki, polis əməkdaşları yəhudilərin müqəddəs kitabının ən qədim nüsxələrindən birini adı açıqlanmayan şəxsin avtomobilini yoxladıqları zaman aşkar ediblər. Türkiyə milli təhlükəsizlik xidmətinin göstərişi ilə avtomobilin sahibinin və həbs edilmiş daha 5 nəfərin adları gizli saxlanılır.

Dəri səhifələrdə yazılmış mətni və qalın dəri üzlüyü olan kitabın dəyərinin milyonlarla dollar olduğu bildirilir.(AZƏRTAC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31