Qvatemalada matəm elan olundu
28 Mart 2019 15:01 DünyaQvatemalanın Solola departamentinin Nauala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yük avtomobilinin insanların üstünə sürülməsi nəticəsində 30 nəfər həlak olub.
İlkin ehtimala əsasən, sürücü qəzadan yayınmaq üçün maşının istiqamətini dəyişib, lakin daha böyük faciə baş verib.
Hazırda xəstəxanada 3 yaralı var.
Qvatemala hakimiyyəti ölkədə 3 günlük matəm elan edib.
virtualaz
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31