Rusiyadakı erməni oliqarx Qarabağa maliyyə yardımı etdi
28 Mart 2019 15:00 DünyaErməni əsilli rusiyalı milyarder Samvel Karapetyan Azərbaycanın işğal edilmiş ərazisi olan Qarabağa yenidən yardım göndərib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Karapetyan bu dəfə Qarabağdakı çoxuşaqlı ailələrə maliyyə yardımı edib. Məlumata görə, qondarma rejimdəki ailələrə yardımı separatçıların lideri Bako Saakyan təqdim edib. O, Karapetyana göstərdiyi yardımlara görə təşəkkür edib.
Qeyd edək ki, Karapetyan Rusiyadakı erməni diasporunun ən zəngin üzvü sayılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31