Əfsanəvi ada bir milyon avroya satılır
28 Mart 2019 14:12 Dünyaİtaliyanın Siciliya adasından 300 metr məsafədə yerləşən "Qadınlar Adası" bir milyon avro qiymətinə satılır.
Olaylar.az bildirir ki, bu barədə "Travel and Leisure" məlumat yayıb.
Məlumatda adanın ilkin qiymətinin 3,5 milyon avro dəyərində olduğu, lakin yetərli qədər diqqət çəkə bilmədiyinə görə qiymətinin bir milyon avroya düşdüyü qeyd olunub.
Satıcılara görə adanın adı əfsanə ilə bağlıdır. Əfsanəyə görə 13 türk qadını öz ailələrindən qovulduqdan sonra, bu adaya gələrək xoşbəxt bir həyat yaşayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31