Kreml bu türk dövləti ilə yeni hərbi müqavilə imzaladı
28 Mart 2019 14:07 DünyaRusiya və Qırğızıstan 2012-ci ildə imzalanmış Rusiya birləşmiş hərbi bazasının respublikada olma şərtləri və statusuna dəyişikliklər edib.
Tərəflər bununla bağlı protokolu bu gün Bişkekdə imzalayıblar. Rusiya tərəfindən protokola Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin imza atıb.
Qeyd edək ki, imzalanan protokola əsasən, Rusiya Qırğızıstandakı hərbi obyektlərinin ərazisini təxminən 60 hektara qədər artıracaq. Bununla bərabər, Rusiyanın bu hərbi obyektlərə görə ödəyəcəyi icarə haqqı da 291,5 min dollar artaraq, 4,8 milyon dollara çatacaq.
Qırğızıstandakı Rusiya birləşmiş hərbi bazasının tərkibində 4 hərbi obyekt yer alıb. Bu bazalarda qulluq edən hərbçilər diplomatik işçilər sayılır və toxunulmazlıq statusuna sahibdirlər.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31