Vyana görüşü öncəsi erməni nazir Popovla da gizli danışıb
28 Mart 2019 13:52 DünyaErmənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan martın 22-də Moskvaya etdiyi gizli səfəri zamanı ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popovla da görüşüb.
Bu məlumatı "168 Jam" qəzeti yayıb.
Qeyd edək ki, bundan öncə Mnatsakanyan Moskvaya gizli səfər etdiyi haqqında məlumat yayılıb. Səfər zamanı Mnatsakanyan Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.
Ermənistan tərəfi hələlik səfərin baş tutub-tutmamasına tam aydınlıq gətirməyib. Mnatsakanyan martın 22-də İrəvanda olmadığını desə də, mətbuatı konspirologiya da ittiham edib.
Media Mnatsakanyanın Moskvaya Əliyevlə-Paşinyan görüşündən cəmi 1 həftə öncə səfər etməsinə və bu barədə ictimaiyyətə heç bir amıqlama verilməməsinə diqqət çəkib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31