"Taliban" hərəkatı - 7 polis öldürüldü
28 Mart 2019 13:48 DünyaƏfqanıstanın cənubunda Zabul əyalətində "Taliban" radikal hərəkatının üzvlərinin hücumu nəticəsində ən azı 7 polis həlak olub.
Olaylar.az bildirir ki, bu barədə "Sinxua" agentliyində məlumat yayılıb.
Yerli hakimiyyətin nümayəndəsinin agentliyə verdiyi məlumata görə, silahlı döyüşçülər səhər tezdən nəzarət-buraxılış məntəqələrinə hücüm edib və yeddi polisin ölümünə səbəb olublar.
Qeyd edək ki, Taliban (ərəbcə "tələbələr") - 1994-cü ildə yaranan və 1996-2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31