Müxalifətə mitinq qadağası – Avropada şok qərar

"Sarı Jiletlilər" hərəkatının martın 30-da Fransanın paytaxtı Parisdə planlaşdırdığı mitinqə icazə verilməyib.

Bu barədə jurnalistlərə açıqlamasında Fransa daxili işlər naziri Kristof Kastaner deyib.

O, şənbə günü Parisin Çamps-Elises prospektində planlaşdırılan aksiyanın qadağan edildiyini bildirib.

Nazir "sarı jiletlilər"i zoraklığa üz tutmaqda ittiham edib və buna görə də, Paris Polis İdarəsinə aksiyanın qarşısının alınması təlimatı verdiyini diqqətə çatdırıb.

Fransa Prezidenti Emmanuel Makronun martın 16-da baş verən qarşıdurmadan sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb etdiyini vurğulayan Kastanerin sözlərinə görə, aksiyalarda baş verən zorakılıq hallarının qarşısının alınmasına çalışırlar.

Qeyd edək ki, Fransa hökuməti keçən həftə də, "sarı jiletlilər"ə Parisdə aksiya keçirməsinə icazə verməmişdi.

Parisdə keçirilən aksiyalarda indiyədək 11 nəfər həyatını itirib, 2 mindən çox insan yaralanıb. 8400 nəfərdən çox etirazçı saxlanıldığı halda, 2 minə yaxın etirazçı həbs edilib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31