"WhatsApp" yeni funksiya - "qaranlıq rejim"
28 Mart 2019 11:42 DünyaPopulyar mesajlaşma tətbiqi "WhatsApp" növbəti yeniliyini test edir.
Olaylar.az bildirir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
"WhatsApp" messencerinin istehsalçıları "Android" platformasının proqram versiyasında "qaranlıq rejim" adlı yeni bir xüsusiyyəti təqdim etməyə hazırlaşır.
Yeni funksiya artıq messencerin beta-versiyasında (2.19.82) peyda olub. "Qara rejim"i işə saldıqda, tətbiqin interfeysində işıq qamması dəyişir, belə ki, fon qara rənglə əvəzlənir, mətnlərin şriftləri isə ağ rəngdə olur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31