Malidə kəndlərə hücum - 157 nəfər öldürüldü
28 Mart 2019 11:28 DünyaUşaq və qadınların da evlərində diri-diri yandırıldığı bu dəhşətli faciə "Doqon ovçuları" və "Fulani çobanları" adlı silahlı qruplaşmalarının münaqişəsi nəticəsində törədilən sonuncu cinayətdir. Afrikanın Səhra bölgəsi ilə cənubdakı savanna arasında olan ərazidə davam edən silahlı basqınlar zamanı ötən il də yüzlərlə dinc sakin həlak olub.
Mali hökumətinin mətbuat katibi Amadou Kotia bildirib ki, şənbə günü baş verən qırğınlarda 134 nəfərin öldürüldüyü bildirilsə də, faciə qurbanlarının rəsmi sayı 157-yə yüksəlib. Beynəlxalq Cinayət Məhkəməsinin müstəntiqi Fatou Bensouda bəyan edib ki, bu cinayətlərlə bağlı Maliyə xüsusi nümayəndələr göndəriləcək. Artıq BMT Təhlükəsizlik Şurasının missiyası Fransanın bu keçmiş müstəmləkəsində olub və geniş təhqiqat aparıb.
"Doqon ovçuları" öz düşməni "Fulani çobanları"nı islam ekstremizmini yaymaqda ittiham edir. Qarşı tərəf isə bu iddiaları rədd edir, Ötən həftə Əl-Qaeda terror təşkilatının da Malinin mərkəzi bölgəsində hərbi hissəyə silahlı hücumu nəticəsində 23 əsgər həlak olmuşdu.(AZƏRTAC)