İtaliyada orqan bağışlanmasına dair elanların sayı iki dəfə artıb

İtaliyada ötən 15 ay ərzində orqan və toxuma bağışlamağa hazır olanların elanlarının sayı iki dəfə artıb.

ANSA agentliyi xəbər verir ki, bu barədə araşdırma aparan "Mutual Choice" layihəsinin təmsilçiləri məlumat verib.

Mantova şəhərinin yaxınlığındakı Kurtatone bölgəsində yaşayan qadının rəqəmsal şəxsiyyət vəsiqəsi ilə yerləşdirdiyi elanın sayı 5 milyona çatıb.

Bildirilir ki, orqanları bağışlamaq haqqında elanların elektron sənədlə yerləşdirilməsi imkanının mövcudluğu elanların sayının kəskin artımına səbəb olub.(AZƏRTAC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31