İŞİD-lə bağlı İNANILMAZ İDDİA: ilk dövləti 624 il yaşayıb
28 Mart 2019 11:14 Dünya"İŞİD terror təşkilatının ilk dövləti 1299-1923-cü illərdə olub".
Bu iddia Səudiyyə Ərəbistanında fəaliyyət göstərən və hökumətə yaxınlığı ilə tanınan "Ukaz" qəzeti tərəfindən yayımlanıb.
"İŞİD-in ilk dövləti 1299-1923" adlı məqalədə tarixi Osmanlı İmperatorluğu ilə bağlı dəhşətli fikirlər yer alıb. Uzun müddətdir ki, Türkiyəyə qarşı əsassız xəbərlərlə gündəmdə olan "Ukaz" ABŞ-ın Qolan təpələrini İsrail torpağı kimi tanımasından sonra Ankaranın verdiyi reaksiyalara qarşı yenidən qaralama kampaniyası başladıb.
Xani əz-Zahirinin qələmə aldığı məqalədə Osmanlı dövləti başqa xalqları istismar etməkdə günahlandırılıb.
"Daha əvvəlki məqalələrimdə daim Əbubəkr əl-Bağdadinin dövlətindən İŞİD-in ikinci dövləti kimi bəhs etdim. Çünki İŞİD-dən öncə quruluşu, cinayətləri, qətliamları və hətta süqutundan sonra əsgərlərini eynilə siçanlar kimi ərəb dünyasından çıxarmaq mərhələlərindən keçən bir dövlət vardı. O da özünü saxta bir şəkildə Osmanlı dövləti kimi tanıdan, ancaq gerçəklikdə İŞİD-in birinci dövləti idi".
Bundan başqa, Osmanlı dövlətinin toplumlarda yaratdığı qütbləşmənin İslam dininə mənfi təsir göstərdiyi qeyd edilib. Osmanlının Balkanlardakı müharibələri İslam dinini yaymaq üçün deyil, qənimət əldə etmək üçün apardığı yazılıb.
Qeyd edək ki, sözügedən nəşr ötən il PKK terror təşkilatı bağlı geniş reportaj yayımlamışdı.