Rusiyaya güclü zərbə HAZIRLANIR: gələn həftə…
28 Mart 2019 06:36 DünyaABŞ NATO üzrə müttəfiqləri ilə birgə gələn həftə Krım və Azov dənizində Rusiyanın hərəkətlərinə cavab ölçülərin seriyasının bəyəniləcəyinə ümid edir.
Publika.az "Röyters" agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Maykl Pompeo Senatda keçirilən dinləmələrdə bildirib.
Daha əvvəl NATO Krımın Rusiya tərəfindən ilhaqının beşinci ildönümüylə əlaqədar yaydığı bəyanatında yarımadanı Ukraynaya qaytarmağa çağırıb.
Qeyd edək ki, NATO xarici işlər nazirlərinin görüşü ABŞ-ın paytaxtında 3-4 aprel tarixlərində olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31