Pikassonun oğurlanan 25 milyonluq tablosu tapıldı - Fotolar

İspan rəssam Pablo Pikasssonun 20 il öncə oğurlanan 25 milyon avro dəyəörindəki "Qadının büstü" tablosu tapılıb.

Tablonu tapan isə "İndiana Cons" ləqəbli dedektiv Artur Bren olub.

2015-ci ildən bəri tablonun axtarışına çıxan Artur onu 4 milyon dollar sığorta pulunu ödəməsi şərti ilə eks-sahibi səudiyyəli biznesmen Abdul Mohsen Abdulmalik əl-Şeyxə qaytaracaq.

Qeyd edək ki, Pikasso tablonu sevgilisi Dora Maarın portreti olaraq 1939-cu ildə ərsəyə gətirib. Səudiyyəli biznesmen bu əsəri 80-ci illərdə alıb. Rəsm əsəri Abdulun Fransa sahillərində gəzən yaxtasından 1999-cu ildə oğurlanıb.

axsam

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31