“Seçkidə rəqibim Putindir” - Poroşenko

Mənim müttəfiqim Ukrayna xalqıdır.

Rəqibim kimdir? Bunu açıq şəkildə deməkdən çəkinmirəm. Yeganə rəqibim Putindir. Halbuki digərləri ondan qorxur.

Bu sözləri Ukrayna Prezidenti Petro Poroşenko deyib.

Onun sözlərinə görə, martın 31-də keçiriləcək prezident seçkilərində əsas rəqibi Rusiya Prezidenti Vladimir Putindir.

Petro Poroşenko vurğulayıb ki, Ukraynanı zəiflədən hər kəs Putini gücləndirir: "Bu səbəbdən seçkilər Ukraynadanmı, yoxsa Rusiyadanmı olduğumuzun seçimidir".

Qeyd edək ki, martın 31-də Ukraynada prezident seçkiləri baş tutacaq. 39 namizəd prezidentlik uğrunda mübarizə aparacaq.(teleqraf.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31