“Ford” Rusiyadan çəkilir
27 Mart 2019 17:11 DünyaBu, əlavə təzminatlar ödənilmək şərtilə həyata keçiriləcək.
"Ford" şirkəti bu ilin iyul ayınadək Rusiyadakı minik avtomobillər istehsalını dayandıracaq, bununla bağlı Naberejni Çelnı (Çallı, Tatarıstan) və Vsevoljsk (Leninqrad vilayəti) şəhərlərində yerləşən zavodlarını, habelə Alabuğa şəhərindəki (Tatarıstan) mühərriklər zavodunu bağlayacaq.
Biznesin təkmilləşdirilməsi tədbirləri çərçivəsində atılan bu addımlar xeyli sayda əməkdaşın işdən çıxarılmasına gətirib çıxaracaq, bu da ilk öncə "könüllü istefalar proqramı" çərçivəsində əlavə təzminatlar ödənilmək şərtilə həyata keçiriləcək.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31