Zəif görünməyə haqqımız yoxdur - Zatulin
27 Mart 2019 16:46 DünyaMartın 22-dən 24-nə qədər Rusiya Dumasının erməniyönlü deputatı Konstantin Zatulin Yuqoslaviyanın keçmiş xarici işlər naziri Jivodin Yovanoviçin dəvəti ilə Serbiyada olub.
Belqradda o, Yuqoslaviyanın NATO tərəfindən bombardman edilməsinin 20 illiyinə aid konfransda iştirak edib. Konfransda çıxışı zamanı Zatulin Rusiyanın Yuqoslaviyanı NATO hücumundan qorumamasının əsas səbəbini zaman uyğunsuzluğu ilə əlaqələndirib:
"5 və ya 10 il əvvəl olsaydı, biz Krımla hesablaşmağa izn vermədiyimiz kimi Yuqoslaviyayla bağlı da eyni addımı atardıq. Biz bu gün Serbiyada hökumət və müxalifətin mütəmadi olaraq küçələr və meydanlarda toqquşduğunu görürük. Bizim müdaxiləyə haqqımız yoxdur. Bizim anqlosakslar - İngiltərə ilə ABŞ kimi ikili standartlarımız yoxdur. Lakin biz hakimiyyət və müxalifətdən xahiş edirik ki, Serbiyanın güclü olması üçün özlərini lazımi qaydada aparsınlar. Serblərin və rusların zəif görünməyə haqları yoxdur".
axar