Tələbə qız polisi görüncə narkotiki alt paltarında gizlətdi
27 Mart 2019 16:33 DünyaAvtomobildə olan 3 nəfərin üzərində axtarış aparılıb.
Türkiyənin Muğla bölgəsində alt paltarında narkotik gizlədən universitet tələbəsi və daha iki nəfər saxlanılıb.
Şəhər Polis İdarəsinin Narkotiklərə Qarşı Mübarizə şöbəsi Antalyadan narkotik gətiriləcəyi haqda xəbər əldə edib.
Araşdırma başladan qrup şəhərin girişində saxladıqları avtomobildə S.A, E.K. və S.E-nin üzərində axtarış aparıb.
Universitet tələbəsi olduğu öyrənilən S.E. adlı qızın alt paltarında heroin aşkar edilib.
Şübhəlilərdən S.A. və E.K həbs edilib, S.E. isə məhkəmə nəzarəti şərti ilə azad olunub.
aznews
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31