Ermənistanda etiraz aksiyası paytaxtda çatıb
27 Mart 2019 15:55 DünyaErmənistanın Armavir vilayətinin sakinləri bir aya yaxındır keçirdikləri etiraz aksiyasını Yerevanda davam etdiriblər.
Narazı vətəndaşlar çıxış yolunu etirazların miqyasını genişləndirməkdə görüblər. Aksiya iştirakçıları uşaqlarını vaqonlara bağlayıb və bununla da dəmir yolunun fəaliyyətini iflic vəziyyətə salıblar. Sakinlər bildirirlər ki, onların yaşadıqları vilayətdə özbaşınalıq hökm sürür. Bu vilayətin cəhənnəmdən fərqi yoxdur. İşsizlik hökm sürür, kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit torpaq yoxdur. Vilayətə aid kəndlərin icra nümayəndələri torpaqları mənimsəyiblər. Bundan başqa, əvvəllər fəaliyyət göstərən şüşə zavodu fəaliyyətini dayandırıb. Vilayətin sakinləri ağır sosial böhranla üz-üzə qaldıqlarını qeyd edirlər.
azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31