Yeni nəsil robot keşikçi sınaqdan keçirilir

Pekində yerləşən Meyyuan yaşayış kompleksində Pekin Avtomatlaşdırılmış Aerokosmik İdarəetmə institutunun mühəndisləri tərəfindən hazırlanmış "Meibao" adlı robot keşikçi sınaqdan keçirilir. 

Olaylar.az bildirir ki bu barədə "hightech.fm" saytında məlumat yer alıb.

Beləki, robot keşikçi gecələr yaşayış kompleksinin ərazisini gəzəcək və üzün tanınması texnologiyasının köməyi ilə sakinləri müəyyənləşdirəcək. Şüphəli şəxslərlə rastlaşan robot, idarəetmə mərkəzinə siqnal göndərəcək.

"Meibao" adı verilən robot keşikçi yanğın təhlükəsi və başqa təhlükələr haqqında da xəbərdarlıq edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31