"McDonald’s" süni intellektə əsaslanan şəxsi menyular hazırlayacaq

McDonald's restoranlar şəbəkəsi, süni intellekt texnologiyasından istifadə etmək üçün 300 milyon dollardan daha artıq məbləğdən keçməyə hazırdır.

Olaylar.az bildirir ki, "McDonald's" İsrailin süni intellekt texnologiyalarının inkişaf elətdirilməsi sahəsində ixtisaslaşan Dynamic Yield şirkətini alacağını elan edib. 

Bu barədə Financial Times qəzetində məlumat yer alıb. Məlumatda razılaşmanının ümumi məbləğinin açıqlanmadığı, qiymətin 300 milyon dollardan yuxarı olduğu qeyd olunub. 

"McDonald's" bu texnologiyadan şəxsi menyular hazırlanmasında istifadə edəcək. Menyulardakı qidalar hava şəraitindən və digər faktorlardan asılı olaraq dəyişəcəkdir.

Qeyd edək ki, şəbəkə yeni texnologiya ilə özünün self-servis köşklərini və "McDonald's" tətbiqini də təchiz edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31