Rusiyada erməni iş adamı öldürüldü

Rusiyanın paytaxtı Moskva şəhəri ətrafında "Sotsstroy" ("Sosialtikinti") tikinti firmasının baş direktoru, erməni etnik qrupunun nümayəndəsi Mqert Saracanyanın meyiti Putilov kəndindəki mənzilində aşkarlanıb.

34 yaşlı iş adamının meyitinin üzərində çoxsaylı bıçaq yarası olub.

Onun ölümünə bıçaq yaralarının səbəb olduğu bildirilir.

Qeyd edək ki, "Sotsstroy" yaşayış evlərinin tikintisi ilə məşğul olur

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31