Süni intellektlə işləyən robot hakim yaradılacaq

Estoniyada süni intellektlə işləyən robot hakim yaradılacaq. 

Olaylar.az bildirir ki, robot hakim yalnız 7 min avroyadək olan kiçik iddialar üzrə mübahisələri həll edəcək. Məhkəmə sisteminə süni intellektin tətbiqinin dövlət aparatının yükünü xeyli azaltmağa imkan verəcəyi gözlənilir.

Bu il başlayacaq test rejimində kontraktlarla bağlı mübahisələrə baxılacaq. Hər iki tərəf bütün lazımi sənədləri və digər müvafiq informasiyanı yüklədikdən sonra süni intellekt qərarlar qəbul edəcək. Həmin qərarlardan isə sonradan məhkəməyə şikayətlə müraciət etmək mümkün olacaq.

Hüquqşünas və hakimlərin rəyin alındıqdan sonra sistemə müvafiq düzəlişlərin ediləcəyi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31