"WhatsApp" təhlükəsizliyi gücləndirir
27 Mart 2019 12:16 DünyaWhatsApp messenceri "feyk" mesajlarla mübarizəni gücləndirməyi planlaşdırır.
Olaylar.az bildirir ki, "WhatsApp" "Android" platforması üçün yeni versiyasında tətbiq edilmiş neyron şəbəkəsi tez-tez göndərilən mesajları izləyir və onları təhlil edir.
Süni intellekt 5 və daha çox paylaşılmış mesajları tez-tez göndərilən mesajlar kimi qeydə alır.
Şirkətin nümayəndələri bildiriblər ki, neyron şəbəkəsi hələ ki sınaqdan keçirilir. Sınağın nəticələrinə əsasən, neyron şəbəkəsinin messencerin bütün versiyalarına tətbiq edilməsinin məqsədəuyğunluğu haqqında qərar qəbul ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31