Keçmiş baş nazir qeyri-adı işə düzəldi

Estoniyanın keçmiş baş naziri Andres Tarand Antarktidada bələdçiliklə məşğul olur.

79 yaşlı sabiq nazir turist qruplarının rəhbəri qismində bölgəyə səfərlər edir.

Qeyd olunur ki, ixtisasca meteoroloq olan A.Tarand 1960-cı illərdə Antarktidada elmi stansiyada işləyib.

O bildirib ki, hər il Antarktidaya 40 min turist səfər edir.

Qeyd edək ki, Andres Tarand 1994-95-ci illərdə Estoniyanın baş naziri olub.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31