Türkiyədə hava limanında atışma - SON ANDA
26 Mart 2019 22:53 DünyaYaralılar xəstəxanaya çatdırılıb.
Türkiyədə hava limanında atışma baş verib.
Hadisə Kayseri hava limanında yaşanıb.
Məlumata görə, hava limanında çalışan polis əməkdaşı mübahisə zəminində iş yoldaşı Ali A.-nı silahdan atəş açaraq yaralayıb. Eyüb B. adlı polis daha sonra həmin silahla özünə də atəş açıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisə sərnişinlər arasında təlaşa səbəb olub. Polis təhlükəsizliyin təmin olunması üçün müvafiq tədbirlər görüb.
Faktla bağlı araşdırma başladılıb.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31