İrəvan zibil içərisində - Mer çağırış etdi
26 Mart 2019 22:43 Dünyaİrəvanda ötən ilin yay aylarından etibarən məişət tullantılarının toplanması problemi yaşanır.
Şəhər meri Ayk Marutyan küçələrdən zibillərin toplanması ilə məşğul olan "Sanitek" şirkəti qarşısında ultimatum qaldırıb.
Mer zibillərin qısa zaman ərzində yığışdırılmasını tələb edib. Əks təqdirdə bu sahə üzrə yeni şirkətin cəlb olunacağını bildirib.
Bu müddət ərzində şirkətin bir neçə dəfə ümumilikdə 50 min dollar məbləğində cərimələndiyi deyilir.
"Sanitek" şirkətinin nümayəndələri isə bəzi hallarda texnikanın işləmədiyini əsas gətirib.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31