Feysbuk Rusiya və İrana aid səhifələri bağladı

Feysbuk və İnstaqram sosial şəbəkələri İran, Rusiya, Makedoniya və Kosovadan olan istifadəçilər tərəfindən yaradılmış 2600 səhifəni bağlayıb.

Bu məlumat Feysbukun mətbuat xidməti yayıb. Səhifələrin bağlanmasına əsas səbəb kimi bu səhifələrin sahiblərinin "koordinasiya edilmiş atipik davranışı" göstərilib. Feysbuk bu səhifələrin bağlanmasının onların sahiblərinin yayımladıqları məlumatlarla əlaqədar olmadığını açıqlayıb.

Qeyd edək ki, Feysbuk fevral ayında İrana aid olduğu bilinən 262 səhifə, 356 hesab və 3 qrupu bağlamışdı.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31