Obamanın kitabı rekord vurur: 5 aya 10 milyon satış
26 Mart 2019 22:35 DünyaABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın "Becoming" avtobioqrafik kitabı yaxın zamanlarda dünyanın ən populyar memuarına çevrilə bilər.
Bu məlumatı "Faynənşl Tayms" qəzeti yayıb. Məlumata görə, 5 ay ərzində bu kitabın 10 milyon nüsxəsi satılıb. Mişel Obamanın kitabı həmçinin 31 dilə tərcümə edilib.
Qeyd edək ki, 2017-ci ildə Barak və Mişel Obamaların memuarlarının nəşri üçün "Bertelsman" şirkəti 65 milyon dollar ödəniş edib. Bundan sonra Mişel Obamanın memuarları dərc edilsə də, Barak Obamanın xatirələri hələlik yayımlanmayıb.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31