İki fəhlə Rusiya hökümətini rabitəsiz qoyacaqdı
26 Mart 2019 22:34 DünyaMoskvada iki fəhlə hökumətin rabitəsi üçün nəzərdə tutulan kabelləri oğurlamaq istəyərkən saxlanılıb.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Mühafizə İdarəsinin İctimaiyyətlər Əlaqələr Şöbəsinin rəhbərinin müavini Denis Simonov deyib.
O, insidentin dünən Böyük Moskvoretsk Körpüsünün rekonstruksiyası zamanı yaşandığını bildirib. Simonov həmçinin kabeli oğurlayan işçilərdən birinin körpüdən tullanaraq qaçmaq istədiyini, amma son anda yaxalandığını bildirib.
Bu şəxslərin kabeli niyə oğurladıqları məsələsinə Simonov aydınlıq gətirməyib.(axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31