Gürcüstanın eks-prezidenti Ermənistanın “həyat yolu” haqqında suala cavab vermədi
26 Mart 2019 15:35 DünyaGürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili əməkdaşı ilə söhbətində bildirib ki, Azərbaycan və Gürcüstan birlikdə olmağa və müasir dünyanın bütün çağırışlarına birgə cavab verməyə məhkumdurlar.
"Biz yalnız qonşu deyilik, həm də qardaş ölkələrik. Əsrlər boyu Azərbaycan və gürcü xalqları birlikdə yaşayıb və işləyiblər və bu, hər zaman belə olacaq", - Gürcüstanın keçmiş dövlət başçısını əminliyini bildirib.
O hesab edir ki, Gürcüstanla Azərbaycanın gələcəyi Avropa ilədir və onlar arasında münasibətlər yalnız dərinləşəcək.
O ki qaldı bəzi Gürcüstan və Ermənistan KİV-lərinin bu yaxınlarda Ermənistanla Rusiya arasında birbaşa dəmiryolu əlaqəsinin bərpasına səbəb olacaq Abxaziya dəmiryolunun açılması haqqında yazdıqlarına, Marqvelaşvili kifayət qədər dolayı cavab verib:
"Özü-özlüyündə Abxaziya dəmiryolu mövcud deyil, Gürcüstana məxsus yol var. Əlbəttə, biz bütün kommunikasiya imkanlarımızı inkişaf etdirəcəyik, lakin tərəfdaşlarımızın maraqlarını da nəzərə alacağıq", - o qeyd edib.
virtualaz