Trampın hasar planı... - 1 milyard dollar ayrıldı
26 Mart 2019 12:27 DünyaPentaqon Prezident Donald Trampın Meksika ilə sərhəddə hasar çəkilməsi planının həyata keçirilməsi üçün 1 milyard dollar ayırıb.
ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan divarın inşası üçün Pentaqonun büdcəsindən 1 milyard dolların istifadə edilməsi üçün müvafiq sənədi imzalayıb.
Pentaqondan verilən yazılı açıqlamada qeyd edilir ki, Müdafiə naziri Şanahan Daxili İşlər Nazirliyi və Gömrük Mühafizə Xidmətinin sərhəd təhlükəsizliyi ilə bağlı fəaliyyətinə 1 milyard dollar dəstək göstərilməsi üçün ABŞ Quru Qoşunları Komandanlığına tapşırıq verib.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31