Çində ölənlərin sayı hər gün artır
25 Mart 2019 18:43 DünyaÖtən həftə Çinin kimya müəssisələrindən birində baş verən partlayışda ölənlərin sayının 78 nəfər olduğu ortaya çıxıb.
Çinin Jianqsu əyalətinin Yancenq şəhərində partlayış ötən həftə qeydə alınıb.
Bəlli olub ki, hər keçən gün partlayış zamanı ölənlərin sayında artım müşahidə edilir.
Çin rəsmiləri bəyan ediblər ki, partlayışdan bu günə qədər vəfat edənlərin sayı 78 nəfərə çatıb.
566 nəfərin isə müalicəsi davam edir.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31