İtaliyada tətilə görə 100-ə yaxın təyyarə reysi təxirə salınıb
25 Mart 2019 16:26 Dünyaİtaliyada pilotlar və hava limanı işçiləri 4 saatlıq tətil elan ediblər.
Aksiya Aviasiya Nəqliyyatı Həmkarlar Təşkilatlarının təşkilatçılığı ilə keçirilir.
Tətil nəticəsində İtaliyanın "Alitailia" şirkətinin 550 reysindən 95-i təxirə salınıb.
Bildirilib ki, şirkət uçuşu başqa vaxta keçirməyə çalışır. Sərnişinlər təklifdən imtina edəcəkləri halda onlara kompensasiya verilməsi nəzərdə tutulub.
Təxirə salınan reyslər arasında Moskvadan Romaya, eləcə də Romadan Moskvaya, habelə London, Paris, Brüssel, Qahirə, Təl-Əviv, Afina, Tiranaya uçuşları da var.
Həmkarlar təşkilatları iş şəraitinin daha da yaxşılaşdırlması və müqavilə şərtlərinin təminatlı olmasını tələb edirlər.
azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31