Londonun müsəlman bələdiyyə sədrindən Meyə müraciət - Video

İqtidardakı Mühafizəkar partiyasının və onun təəssübkeşlərinin İslama qarşı təzyiqlərinə məruz qalıram.

Bu sözləri Londonun ilk müsəlman bələdiyyə sədri Sadiq Xan ölkənin baş naziri Tereza Meyə ünvanladığı müraciətdə qeyd edib.

Xan Yeni Zelandiyada iki məscidə edilən terror hücumundan sonra öz ölkəsində İslama qarşı söz hücumlarına məruz qalıb.

Bələdiyyə sədri baş nazir Meyi İngiltərədəki müsəlmanlar üçün qurulan parlament qrupunun hazırladığı, İşçi Partiyası və Liberal Demokratların qəbul etdiyi anti-islamizm konsepsiyasını qəbul etməyə çağırıb.

Sözügedən sənəddə "islamafobiya və müsəlmanları hədəfə alan hər cür yanaşma irqçilikdir" ifadəsi yer alır. 
Bələdiyyə sədrinin məktubunu dərc edən "Quardian" qəzeti qeyd edib ki, Yeni Zelandiyada məscidə terror hücumundan sonra İngiltərədə müsəlmanlara qarşı işlənən nifrət cinayətləri 593 dəfə artıb.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31