Uşaq evdə sünnət zamanı öldü, valideynləri həbs olundu
25 Mart 2019 16:05 DünyaAvropaya Afrikadan, Asiyadan gələnlər adətləri yaddan çıxarmır. İtaliyada qanalı ailə evdə uşağı sünnət edərkən öldürüblər.
Hadisə Bolonya şəhərində baş verib. Prosedur düzgün yerinə yetirilməyib. Qanaxma başlayıb. Amma uşaq ürəktutmasından ölüb. Onu Bolonya xəstəxanalarından birinə vertolyotla çatdırmaq da kömək olmayıb.
Polis uşağın valideynlərini həbs edib. Ərin 40, arvadın 30 yaşı var. Əlavə məlumat verilmir. Sadəcə, o məlumdur ki, valideynlərin evdə daha üç azyaşlı övladı var.
Buna oxşar hadisə Rusiyada da baş vermişdi. Martın 12-də Sankt-Peterburqda sünnət zamanı 3 yaşlı uşaqda qanaxma başlamışdı. Onu xəstəxanaya çatdırıb, həyatını xilas edə bilmişdilər.
minval
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31