Bu müəllimə 1 milyon dollar mükafat verildi - Foto
25 Mart 2019 12:59 Dünya"Dünyanın ən yaxşı müəllimi" seçilən keniyalı keşiş Piter Tabiçiyə 1 milyon dollar təqdim olunub.
Sözügedən mərasim Dubayda keçirilib.
Tədbirdə Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum iştirak edib.
36 yaşlı Piter Tabiçi Keniyanın kənd orta məktəbində təbiət elmləri üzrə fənlərdən dərs deyir və maaşının böyük hissəsini kasıblara ayırır.
Qeyd edək ki, hindistanlı biznesmen Sanni Varkeyin xeyriyyə fondu "dünyanın ən yaxşı müəllimi" titulunun təqdim edilməsinə 2015-ci ildən başlayıb.
Sözügedən mükafat həm də "Təhsil Nobeli" kimi tanınır.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31