Myanmada dəhşətli partlayış: 16 ölü, 48 yaralı

Myanmanın Şan əyalətinin Monqmao şəhərində tikinti materialları, qaz balonları və müxtəlif partlayıcı maddələrlə dolu anbarda partlayış baş verib.

Hadisə nəticəsində 16 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Partlayışın səbəbi hələlik məlum deyil.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31