İranda benzin borusu yanır
25 Mart 2019 12:44 Dünyaİranın cənubunda, Xuzistan vilayətindən paytaxt Tehrana benzinin nəql olunduğu borunun Şuş rayonundan keçən hissəsində yanğın baş verib.
Bunu İranın Xuzistan vilayəti Şuş rayon qubernatoru Adnan Qəzi İRNA-ya açıqlamasında deyib.
A.Qəzi bildirib ki, yerli vaxtla saat 09:30-da boru kəmərində çürümə və deşilmə səbəbindən partlayış baş verib.
O əlavə edib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları ezam olunub: "Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir".
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31