Məşhur mafiyanın 4 üzvü ələ keçdi

İtaliyanın maliyyə polisi paytaxt Romada və Neapolda "Kazalesi" mafiya şəbəkəsinin 4 üzvünü həbs edib.

Kriminal təşkilatın üzvləri qanunsuz fəaliyyətləri nəticəsində əldə etdikləri təxminən 20 milyard lirəni (İtaliyanın keçmiş milli pul vahidi) avroya mübadilə zamanı həbs olunublar.

Qanunsuz valyuta mübadiləsi nəticəsində mafiya üzvləri təqribən 3,3 milyon avro qazanacaqdılar.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31