ABŞ-da İsrail lobbi təşkilatının toplantısı başladı - Milyonlarla dollar...
25 Mart 2019 12:33 DünyaVaşinqtonda Amerika İsrail Xalqla Əlaqələr Komitəsinin (AİPAC) illik toplantısı işə başlayıb.
İsrailin ən böyük lobbi təşkilatı olan AİPAC-nin illik toplantısı 3 gün davam edəcək.
Toplantıda 10 mindən çox insanın iştirakı planlaşdırılıb.
Konqresin Demokrat və Respublikaçı fraksiyalarının dəstəklədiyi toplantıda ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və Qolan təpələrinin İsrail torpaqları sayılması, habelə İsrailin təhlükəsizliyi məsələlərinin müzakirəsi gözlənilir.
O da bəlli olub ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərində Donald Trampın rəqibləri olacaq demokrat namizədlər toplantıya qatılmır.
Qeyd edək ki, 1950-ci illərdə ABŞ-da sadəcə kiçik lobbi qrupu kimi fəaliyyət göstərən AİPAC hazırda hər il Konqresə milyonlarla dollar hədiyyə verir.
teleqraf