Gürcüstanda sosial işçilər tətil elan etdi
25 Mart 2019 12:20 DünyaGürcüstanda sosial sahədə çalışan işçilər hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
Onlar iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Sosial Xidmətlər Agentliyinin bütün işçiləri Gürcüstan üzrə tətil elan ediblər.
Sosial işçilər 22 tələb irəli sürüblər. Onların arasında əməkdaşların sayının artırılması, onların nəqliyyat vasitələri ilə təmin olunması, sosial xidmət mərkəzlərinin məhdud imkanlı şəxslər üçün adaptasiya edilməsi və digər tələblər var.
Onlar tələbləri yerinə yetirilməyənə qədər tətili davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, Gürcüstanda 244 sosial işçi var.(Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31