Afrikada qasırğa nəticəsində ölənlərin sayı 761 nəfərə çatdı - VİDEO - FOTO

 

 

Mozambik, Zimbabve və Malavidə "İdai" tropik qasırğası nəticəsində ölənlərin sayı 700 nəfəri ötüb.

Virtualaz.org  xəbər verir ki, təbii hadisə nəticəsində təkcə Mozambikdə 446 nəfər həyatını itirib.

Qasırğa habelə Zimbabvedə 259 nəfərin həyatına son qoyub.

Qeyd edilir ki, təbii hadisə nəticəsində Malavidə də 56 nəfər ölüb. Ümumilikdə təbii hadisə 761 nəfərin həyatına son qoyub.

"İdai" tropik qasırğası bu ölkələrin təsərrüfatına da ciddi ziyan vurub. Bir sıra dövlətlər təbii hadisədən zərər çəkən ölkələrə yardım göstərirlər.

Videonu izləmək üçün şəklə klikləyin:

Afrikada qasırğa nəticəsində ölənlərin sayı 761 nəfərə çatdı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31