Paşinyan Baxtadze ilə görüşüb

Ermənistan baş naziri Nikol Paşinyan gürcü həmkarı Mamuko Baxtadze ilə qeyri-rəsmi görüş keçirib.

"Qafqazinfo" erməni KİV-nə istinadən xəbər verir ki, dövlət rəsmiləri Yenokovan kəndində bir araya gəliblər. Hökumət başçıları gürcü-erməni münasibətləri barədə danışıb, müxtəlif məsələləri müzakirə ediblər.Paşinyan və Baxtadze vurğulayıb ki, tez-tez bir araya gəlmək, qeyri-rəsmi görüşlər təşkil etmək vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31