Vulkan təhlükəli həddə - xəbərdarlıq səviyyəsi artdı

Qvatemalanın paytaxtından 35 kilometr uzaqlıqda Fuego yanardağında qısa zamanda 20 partlayış meydana gəlib. Ölkə rəhbərliyi xəbərdarlıq səviyyəsini artırıb.

Rəsmilər partlayış nəticəsində kül və qaz buludlarının 5 min metrə yüksəldiyini açıqlayıb.

Buludlar 30 kilometr cənuba doğru yayılıb. Partlayışların yaxınlıqdakı evlərdə titrəyişə səbəb olduğu bildirilir.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31