Putin Nazarbayevin istefasını əvvəldən bilirdi - Peskov

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefaya getmək barədə qərarını bir neçə saat əvvəldən bilirdi.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

"Nursultan Nazarbayev özü zəng etdi. Əslində onlar lazım olanda bir-biriləri ilə tez-tez danışırlar. Son illər bu, həmişə olurdu. İstefanın elan olunmasından bir neçə saat qabaq zəng elədi", - Peskov bildirib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31